Ordumuzda snayperlərin hazırlığı yoxlanılır

Ordumuzda snayperlərin hazırlığı yoxlanılır
Hərbi
Oxunma sayı: 438
Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə snayperlərin hazırlığı yoxlanılır.
Bu barədə sabahnews.az-a Müdafiə Nazirliyindən məlumat verilib. 
Snayper qrupları böyük məsafələrə yürüş, əlverişli mövqelərin tutulması, mövqelərin maskalanması, ərazi kəşfinin aparılması, yanlış snayper mövqelərinin qurulması, müxtəlif məsafələrdəki hədəflərə fərdi və qrup halında atışlar icra edirlər.