HHQ-nin helikopter bölmələri uçuş məşqləri keçirir

HHQ-nin helikopter bölmələri uçuş məşqləri keçirir
Hərbi
Oxunma sayı: 414
Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri uçuş məşqləri keçirir.
Müdafiə Nazirliyindən sabahnews.az-averilən məlumata görə, məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuşlar edən helikopterlər poliqonlarda şərti düşmənin yer hədəflərini döyüş atışları ilə məhv edir.
Qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.