Samuxda minik maşını dirəyə çırpılıb, sürücü ölüb

Samuxda minik maşını dirəyə çırpılıb, sürücü ölüb
Kriminal
Oxunma sayı: 98
Samux rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə rayonun Sarıqamış kəndində qeydə alınıb. 1985-ci il təvəllüdlü Abbasov Loğman Əliş oğlunun idarə etdiyi minik maşını idarəetmənin itməsi nəticəsində yol kənarındakı dirəyə çırpılıb. Qəza zamanı xəsarət alan sürücü xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.(apa.az)