Şəmkirdə yaşayış binasında YANĞIN

Şəmkirdə yaşayış binasında YANĞIN
Kriminal
Oxunma sayı: 1 173
Şəmkirdə yaşayış binasında yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonun Dəllər qəsəbəsində ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 70 m² olan mənzildə ev əşyaları 3 m² sahədə yanıb.
Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.