Bakıda gənci bıçaqlayan şəxsə 3 il 6 ay həbs cəzası verilib

Bakıda gənci bıçaqlayan şəxsə 3 il 6 ay həbs cəzası verilib
Kriminal
Oxunma sayı: 6 495
Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən Cəsarət Aslanlı 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, hadisə ötən ilin dekabrında paytaxtın Xətai rayonunda qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Fərman Əsədov Fərman yaşadığı evin yaxınlığında əlbəyaxa dava edən iki nəfəri münaqişə etməməyə çağırıb. Lakin tərəflərdən biri C.Aslanlı F.Əsədova bıçaq zərbələri vurub. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa zərər vurma) maddəsilə cinayət işi başlanmışdı.