Kirayə qaldığı evdə öldürülən Ayşənin meyiti 4 gün sonra tapılıbmış

Kirayə qaldığı evdə öldürülən Ayşənin meyiti 4 gün sonra tapılıbmış
Kriminal
Oxunma sayı: 16 672
Sumqayıtda 25 yaşlı qızın boğularaq öldürülməsinin bəzi detalları üzə çıxıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 17-ci mikrorayonda yerləşən binada yaşayan sakinlər mayın 12-də oradan kəskin qoxunun gəldiyini hiss edərək hüquq-mühafizə orqanlarına müraciət ediblər. Bundan sonra əraziyə xilasedicilər və polislər gəlib. Mənzilin qapısının açılmasından sonra 1997-ci il təvəllüdlü A.Bayramovanın meyiti aşkarlanıb.
Araşdırmalar nəticəsində Ayşənin tanışı Xalid Əmənov tərəfindən 4 sutka əvvəl boğularaq öldürülməsi və meyitin həmin müddət ərzində mənzildə bağlı qapı arxasında qalması məlum olub.
İlkin məlumata görə, bir müddət əvvəl şəxsi səbəblərdən gənc qızın ailəsi ilə münasibətləri pozulub və harada yaşamasını qohumları bilməyib. Onun meyitinin aşkar edilib morqa aparılmağından da yaxınları məlumatlı olmayıb. 
Qeyd edək ki, A.Bayramova həmin mənzildə yeni kirayə yaşamağa başlayıbmış.
Faktla bağlı cinayət işi başlanıb. Xalid Əmənov şübhəli şəxs qismində tutulub, istintaq davam etdirilir.