Bakıda 51 yaşlı qadın itkin düşdü

Bakıda 51 yaşlı qadın itkin düşdü
Kriminal
Oxunma sayı: 0
Bakıda 51 yaşlı qadın axtarılır.
Bu barədə DİN-dən məlumat verilib.
Məlumata görə, paytaxt sakini olan S.Nəbiyeva Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək Binə qəsəbəsində yaşayan qohumu 1971-ci il təvəllüdlü Nəbiyeva Məsumə Ağaməmməd qızının 04.05.2022-ci il tarixində evdən çıxıb və bir daha geri qayıtmadığı barədə məlumat verib. Şəkildə gördüyünüz şəxsin yeri barədə məlumatı olanlardan Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə, 055-218-11-88,
050-717-07-67, 050-222-82-80 və (012) 456-03-02, (012) 590-72-03
telefon nömrələri, həmçinin DİN-in "102" Xidməti Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.