Bakının Nizami rayonunda bir nəfər ağır xəsarət alıb. APA xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Hüseynov Ziya Cabir oğlu naməlum şəxslərlə dava zamanı ürəyindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 3 nömrəli Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.