Bakının mərkəzində QULDURLUQ: kişini təkləyib döydülər, sonra...

Bakının mərkəzində QULDURLUQ: kişini təkləyib döydülər, sonra...
Kriminal
Oxunma sayı: 6 700
Bakının mərkəzində quldurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 5-də Bakı şəhər sakini S.Aslanov döyülüb və mobil telefonu quldurluq yolu ilə əlindən alınıb.
Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Vahid Hüseynov, Rauf Quliyev və Ruslan Ömərov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.