Binəqədi rayonunda oğul atasını bıçaqlayıb. “Qafqazinfo” xəbər verir ki, bu gün saat 03 radələrində 2005-ci il təvəllüdlü oğlan yaşadığı Novxanı bağlar sahəsindəki evdə atası, 1982-ci il təvəllüdlü Qiyamət Ağayevə bıçaqla bədən xəsarəti yetirib. O, polis tərəfindən saxlanılıb. Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir. Faktla bağlı Binəqədi RPİ-də araşdırma aparılır.