Naxçıvanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

Naxçıvanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
Kriminal
Oxunma sayı: 1 885
Naxçıvan polisi tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən Kəngərli rayonu ərazisində hərəkətdə olan Ravon markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün “Saxla” işarəsi verilib. Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, Həsən Məmmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib və müayinənin nəticəsinə əsasən, narkotik vasitə istifadə etdiyi məlum olub.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və hüquqi qiymət verilməsi üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.