Lənkəranda qaraj və içərisindəki maşın yandı

Lənkəranda qaraj və içərisindəki maşın yandı
Kriminal
Oxunma sayı: 6 445
Lənkəranda qaraj və içərisindəki maşın yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Lənkəran şəhərinin Boladı kəndində ümumi sahəsi 30 m² olan qarajın dam örtüyünün yanar konstruksiyaları və içərisində dayanan “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.