Yevlaxda 34 yaşlı qadın dəm qazından zəhərləndi

Yevlaxda 34 yaşlı qadın dəm qazından zəhərləndi
Kriminal
Oxunma sayı: 1 443
Yevlaxda 34 yaşlı qadın dəm qazından zəhərlənib.
Hadisə Yevlax şəhərində, Elburus Məmmədov küçəsindəki evlərdən birində baş verib. Yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək halı pisləşən 1990-cı il təvəllüdlü şəhər sakini Əliyeva Şəlalə Səyyar qızı təcili xəstəxanaya çatdırılıb.