Sumqayıtda kişini polis saxladı, evdəki qadınlardan NƏLƏR ÇIXDI?

Sumqayıtda kişini polis saxladı, evdəki qadınlardan NƏLƏR ÇIXDI?
Kriminal
Oxunma sayı: 1 505
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini Niyaməddin Adıgözəlov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ondan heroin aşkar olunub. 
Davam etdirilən tədbirlərlə onun İnşaatçılar qəsəbəsində yaşadığı mənzilə baxış zamanı oradan metamfetamin, həmçinin orada olan 3 qadından isə heroin, metamfetamin və metadon həbi aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.