Ralli yarışlarında ağır qəza - İdmançının ürəyi dayandı

Ralli yarışlarında ağır qəza - İdmançının ürəyi dayandı
Kriminal
Oxunma sayı: 1 659
Seneqalın paytaxtı Dakarda keçirilən ralli yarışlarında xoşagəlməz hadisə baş verib. 
Yarışın ikinci mərhələsində ispaniyalı motosikletçi Karles Falkon qəzaya uğrayıb. 
O, qəzaya uğradıqdan sonra ürəyi dayanıb. Hazırda idmançının vəziyyəti ağırdır. 
Falkon helikopterlə xəstəxanaya çatdırılıb. 
Qısa müddət sonra Dakar yarışının direktoru David Kastera qəza ilə bağlı məlumat verib. Onun sözlərinə görə, həkimlər gəldikdə Falkonun nəbzi olmayıb. O, uğurla reanimasiya olunsa da, sonrakı müalicə üçün xəstəxanaya aparılıb.