Naxçıvanda ağır yol qəzası, ölən var

Naxçıvanda ağır yol qəzası, ölən var
Kriminal
Oxunma sayı: 6 826
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Rayonunun Cəlilkənd kəndi ərazisində Şərur sakini Hüseyn Orucovun idarə etdiyi 68-BH-979 nömrə nişanlı minik maşını ilə Türkiyə Respublikasının vətəndaşı olan Bünyamin Erekin idarə etdiyi "TIR" toqquşub.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü H.Orucov dünyasını dəyişib, Türkiyə vətəndaşı isə yaralanıb.
Faktla bağlı araşdırma aparılır.