Oğuzda at qəzaya səbəb oldu - Xəsarət alan var

Oğuzda at qəzaya səbəb oldu - Xəsarət alan var
Kriminal
Oxunma sayı: 1 247
Oğuzda avtomobilin qarşısına çıxan at qəzaya səbəb olub. 
Hadisə Oğuz-Şəki avtomobil yolunun Oğuz şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
1998-ci il təvəllüdlü Səbuhi Ceyhun oğlu Adıyev idarə etdiyi "Khodro Runo" markalı minik avtomobili ilə hərəkətdə olarkən anidən qarşısına at çıxıb və qəza baş verib.
Hadisə nəticəsində sürücü bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  At isə hadisə yerində tələf olub.
Faktla bağlı araşdırma aparılır.