Qusarda silsilə oğurluqlar edən şəxs saxlanıldı

Qusarda silsilə oğurluqlar edən şəxs saxlanıldı
Kriminal
Oxunma sayı: 1 201
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindən baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayonun Avaran qışlaq kənd sakin Emin Vəlixanov saxlanılıb.
Araşdırmalar zamanı həmin şəxsin rayon ərazisində olan bağ massivlərindən bağçılıq təsərrüfatında istifadə edilən müxtəlif avadanlıqlar oğurlaması müəyyən edilib.
O, ümumilikdə zərərçəkmişlərə 4136 manatdan çox zərər vurub.
Faktlarla bağlı Qusar RPŞ-də Emin Vəlixanovun barəsində cinayət işi başlanılıb.