Şabran rayonunda intihar hadisəsi olub. Şabran rayonunun Rəhimli kəndində fərdi yaşayış evinin həyətində 1967-ci il təvəllüdlü Kərimov Vüqar Qüdrətdin oğlu özünə qəsd edib. V.Kərimovun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.