Maşın "Aztelekom"un əməkdaşını vurdu

Maşın "Aztelekom"un əməkdaşını vurdu
Kriminal
Oxunma sayı: 1 400
Oğuz rayonunda avtomobil "Aztelekom"un əməkdaşını vurub.
Hadisə rayonun Padar kəndində baş verib.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil Padar kənd sakini, Təvəkkül Qazıyevi vurub. Qəzadan sonra avtomobil yol kənarındakı kanala aşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan T.Qazıyev Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, xəsarət alan şəxs "Aztelekom"un Oğuz şöbəsinin əməkdaşıdır.
Faktla bağlı araşdırma aparılır.