Ağdamda intihar hadisəsi olub. Hadisə rayonun Ballar kəndində qeydə alınıb. Kənd sakini olan 2001-ci il təvəllüdlü Əliyeva İradə Siyavuş qızı özünü asaraq intihar edib. İ.Əlyeva ailəli olub 3 övladı var. İntiharın onun atası evində baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.