Bakıda narkokuryerlik edən "Prius" sürücüsü tutuldu - VİDEO

Bakıda narkokuryerlik edən "Prius" sürücüsü tutuldu - VİDEO
Kriminal
Oxunma sayı: 1 821
Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları keçirilən tədbir zamanı Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Elçin Cəfərovu saxlayıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, onun idarə etdiyi “Toyota Prius” markalı avtomobilə baxış zamanı 10 kiloqramdan artıq narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Araşdırma zamanı E.Cəfərovun paytaxt ərazisində taksi xidməti adı altında narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi məlum olub.
Xətai Rayon Poli İdarəsinin əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Ceyhun Abbasquliyev də saxlanılıb. Bu şəxsdən 2 kiloqrama yaxın marixuana aşkar olunaraq götürülüb.
E.Cəfərov və C.Abbasquliyev onlardan aşkar olunan heroin və marixuananı sosial şəbəkələrdə əlaqə qurduqları İran vətəndaşları vasitəsi ilə paytaxtın müxtəlif ərazilərində gizlədilən yerlərdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.