Lənkəranda DƏHŞƏTLİ QƏZA: İş adamı öldü

Lənkəranda DƏHŞƏTLİ QƏZA: İş adamı öldü
Kriminal
Oxunma sayı: 1 899
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA məlumatına görə hadisə Lənkəran - Boradigah - Masallı magistralının Lənkəran rayonunun Vilvan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
56 yaşlı Natiq İltifat oğlu Məmmədovun idarə etdiyi "Mercedes - 600" markalı avtomobil yol kənarındakı ağaclara və elektrik dirəklərinə çırpılıb. Zərbənin təsirindən avtomobilin mühərriki yerindən çıxıb. Sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.
Qeyd edək ki, qəzada ölən N.Məmmədov Lənkəranda sahibkar, iş adamı kimi tanınırdı. O, yanacaqdoldurma məntəqəsinin sahibi idi.
Faktla bağlı araşdırma aparılır.