Abşeronda narkokuryerlik edən şəxs saxlanıldı

Abşeronda narkokuryerlik edən şəxs saxlanıldı
Kriminal
Oxunma sayı: 7 090
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində saxlanılan narkokuryerdən 3 kiloqrama yaxın marixuana götürüb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Tədbir zamanı Ağdam rayon sakini Aslan Hacıyev saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış zamanı 3 kiloqrama yaxın narkotik vasitə olan marixuana götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, A.Hacıyev paytaxt və Abşeron rayonu ərazisində narkokuryerlik edərək ondan aşkar edilən marixuananın satışını təşkil edib.
Faktla bağlı Abşeron RPİ-də araşdırma aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.