Oğuzda 2 avtomobil toqquşdu - Xəsarət alanlar var

Oğuzda 2 avtomobil toqquşdu - Xəsarət alanlar var
Kriminal
Oxunma sayı: 6 822
Oğuzda 2 avtomobil toqquşub.
Hadisə Oğuz-Şəki avtomobil yolunun rayonun Calut kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə avtomobillərdə olan şəxslər xəsarət alıblar. Yaralıların şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.