Keçmiş məhkum bu dəfə oğurluğa görə tutuldu

Keçmiş məhkum bu dəfə oğurluğa görə tutuldu
Kriminal
Oxunma sayı: 1 620
Bakıda oğurluq edilib.
Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir sexin qarşısından 1500 manat dəyərində taxta və bir evdən 300 manat dəyərində elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş İslam Osmanov saxlanılıb. 
Araşdırma aparılır.