Qusarda meyvə bağından 30 min manatlıq oğurluq edilib

Qusarda meyvə bağından 30 min manatlıq oğurluq edilib
Kriminal
Oxunma sayı: 1 760
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindən baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçiriblər.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən rayonun Quxur-oba kənd sakin Nurmət Əskərov saxlanılıb.
Araşdırmalar zamanı həmin şəxsin rayon ərazisində olan meyvə bağından ümumi dəyəri 30 000 (otuz min) manat olan su borularını oğurlaması müəyyən edilib.
Polis əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı rayon sakinləri Edik Vəzirov və Ayaz Zərbəliyev saxlanılıblar.
Həmin şəxslərin bağ massivindən ümumi dəyəri 1800 (min səkkiz yüz) manatdan çox olan 1 ədəd işıq generatoru və 1 ədəd 2 ton tutumlu plastik su çəni oğurlamaları müəyyən edilib.
Faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb.