Balakən rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Talalar kəndi ərazisində qeydə alınıb. Ruhin Varansovun idarə etdiyi “Ford” markalı avtomobil ilə Nurşad Məmmədovun sürücüsü olduğu VAZ-2107 toqquşub. Yol-nəqliyyat hadisəsi nəticəsində VAZ-2107-dəki dörd sərnişin xəsarət alıb. Onlardan üçünə ilkin tibbi yardım göstərilərək evə buraxılıb, 1984-cü il təvəllüdlü Nuranə Əhmədovanın isə müalicəsi xəstəxanada davam etdirilir. Faktla bağlı araşdırma aparılır.