Azərbaycanda modul tipli xəstəxanaların tikintisinə başlanıldı - VİDEO

Azərbaycanda modul tipli xəstəxanaların tikintisinə başlanıldı - VİDEO
Manşet / Səhiyyə
Oxunma sayı: 345
Azərbaycanda koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi məqsədilə modul tipli xəstəxanaların tikintisinə başlanılıb.
Modul tipli xəstəxanaların hər biri 200 çarpayılıq olacaq.
Modul tipli xəstəxanaların əsas üstünlüyü azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılmasıdır.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə göstərilmiş məbləğin 14,8 milyon (on dörd milyon səkkiz yüz min) manatı ayrılıb.