KORONAVİRUSUN DAHA BİR SİRRİ ÇÖZÜLÜR:kağız pul sıradan çıxarılır, yerinə "İMFCOİN" gəlir - ARAŞDIRMA

KORONAVİRUSUN DAHA BİR SİRRİ ÇÖZÜLÜR:kağız pul sıradan çıxarılır, yerinə "İMFCOİN" gəlir - ARAŞDIRMA
Manşet / Araşdırma
Oxunma sayı: 387
Ərgün Dilər
“Takvim”, Türkiyə, 01 may 2020-ci il
 
Artıq hər keçən gün koronavirusla birlikdə Çinin hədəf alındığı daha açıq formada ortaya çıxmaqdadır. Ölkələr açıq şəkildə təzminat miqdarlarını dilə gətirməyə başlayıblar. Dilə gətirilən rəqəmlər inanılmazdır. Baxaq, görək, işin axırı nə olacaq. Sanki “günah keçisi”ni tapıblar.
Dünən qeyd etdim ki, hazırda dünyada 100 trilyon dollar nağd pul var. Bəzilərinə görə, 86, bəzilərinə görə də 106 trilyon dollardır. Ancaq FES-in hesabatlarına görə, bazarda, təqribən, 100 trilyon dollar dolaşır. Dünya Bankının son hesablamalarına görə, qlobal ÜDM, yəni, 198 ölkənin ÜDM-i 88 trilyon dollara çatıb.
Eyni zamanda Beynəlxalq Maliyyə İnstitutu bir neçə ay bundan öncə bir hesabat nəşr edib, qlobal borcun, yəni, həmin ölkələrin ümumi borcunun 250 trilyon dollara çatdığını açıqlayıb. Bu rəqəmin 5 il sonra 500 trilyon dollara çatacağı söylənilir. Deməli, cəmi 100 trilyon pul var, ancaq borc 500 trilyon dollara doğru irəliləyir.
İndi “dərin Amerika” da Xüsusi Borc Alma Hüquqları (Special Drawing Rights – SDR), yəni, BVF-nin öz üzvlərinin sərəncamına verdiyi ehtiyat vəsait hesabına fondun nəzarətində olan, amma dünyanın hazırda tanış olmağa başladığı rəqəmsal pulla yeni nizam quracaq. Çünki dollarbasma səlahiyyəti FES-in əlindədir. Ancaq bu gün Xüsusi Borc Alma Hüquqları formal olaraq BVF-in əlində olsa da, əslində, səlahiyyət FES-dədir. İndi ABŞ Maliyyə Nazirliyində hazırlanan yeni bir qanun layihəsiylə Xüsusi Borc Alma Hüquqlarına nəzarət tamamilə BVF-ə keçəcək. Yəni, iş  başa çatmaq üzrədir. Xüsusi Borc Alma Hüquqları – BVF-in öz üzvlərinin sərəncamına verdiyi ehtiyat vəsait “dərin Amerika” nın önəmli silahıdır.
Bundan sonra bizi necə bir dünya gözləyir? Əlbəttə, hər kəsin maraq etdiyi də budur. Məsələ ilə bağlı çox adam şərh verir. Koronavirusla başlayan xaotik durum insanlarda böyük qayğı yaradıb. Bu gün artıq sağlıqla bağlı verilən təklifləri sorğu-sualsız qəbul edən cəmiyyətlər formalaşmağa başlayıb. Vaşinqtonda aparılan bir araşdırmada verilən “Koronavirusla bağlı ABŞ səhiyyə qurumlarının rəsmi açıqlamalarını şərtsiz qəbul edirsinizmi?” sualına rəyi soruşulanların 87%-i “Bəli” cavabı verib. Bu sualla bağlı bütün ölkələrdə, bir neçə faiz fərqlə, bənzər nəticələr alınar. Yəni, insanlar istənilən səviyyəyə gətirilib.
İndi kimsə üstündə pul daşımaq istəmir. Son 5 ildə bank sistemi vasitəsilə nağd pulun 50%-i oyundan kənarda qoyulub. Yəni, insanlar bunu mənimsəyib. Bunun bir addım sonrası SDR-ə və ya başqa adı ilə ayemefkoinə (İMFCOİN) keçiddir. Bu, ya bir kart, ya bir kod, ya da bir çiplə olacaq. Ən önəmli planlardan biri də barmaq izidir. Artıq insanlar heç bir yerdə puldan istifadə etməyəcək. Ayemefkoin bunu təmin edəcək.
Bu gün ayemefkoin ölkələrin mərkəzi bankları vasitəsilə istifadə edilir. Neçə il idi ki, “dərin Amerika” ayemefkoinin (İMFCOİN) təsirli olması üçün 9 iqtisadçını bir araya gətirmişdi. 9 nəfərlik iqtisadçılar qrupu son hesabatını 2019-cu ilin dekabr ayında verdi. Kim bilir, bəlkə elə koronavirus da həyatımıza bu hesabatın verilmə tarixiylə birlikdə daxil oldu?
“Fitch”-in ən önəmli təhlilçisi Ceyms MakKormak deyib ki, “Amerika dolları ehtiyat valyuta kimi öz gücünü itirə bilər. Bu risk ciddi şəkildə artım göstərdi. ABŞ ticarət sisteminin çökməsi bir çox ölkənin beynəlxalq ticarətdə öz pul vahidindən istifadə etməyə başlaması deməkdir. Bu baş verənlər dolların hakim mövqeyini sual altına alır. Çinin ticarət gücü ABŞ-a keçməlidir”.
Çin koronavirusla birlikdə ağır zərbə aldı. Yeni ticarət sistemi gələcək. ABŞ torpaqlarında istehsal artacaq. Ayemefkoin də bu yeni sistemdə dollara indekslənəcəyi üçün, “dərin Amerika”nın planı tam həyata keçmiş olacaq. “Dərin Amerika” BVF-nin verəcəyi kreditlərin bir hissəsinin də bu yolla verilməsini istəyib. 5 il içində nəğd pulun tam ortadan qalxacağı sistemin mərkəzində ayemefkoin yatmaqdadır. Bu sistem insanların kimlikləri haqqındakı məlumatları və onlara nəzarət imkanını ABŞ kəşfiyyat xidmətlərinə verəcək. Məsələn, Konqodakı birinin necə yaşadığına dair bütün məlumatlar Milli Təhlükəsizlik Agentliyinə (MTA) bağlı olan S35 kodlu Xüsusi Mənbə Əməliyyatı (Special Source Operation) qurumuna çatdırılacaq. MTA, ayemefkoin üçün xüsusi bir komanda hazırlayıb. Bu sistem insanların daha asan idarə olunmasını təmin edəcək. Bunun reallaşdırılması üçün koronavirus kimi böyük bir qorxunun yaşanması lazım idi. Koronavirus bunu təmin etdi.
İndi dövlətlərin də nəzarət altına alınması lazımdır. Vaşinqton mərkəzli olacaq bu nəzarət sisteminin tətbiqi ayemefkoinin dövrəyə girməsilə birlikdə sürətlənəcək. Çünki dünyadakı 198 ölkənin 150-si ayemefkoini qəbul etdiyi halda (artıq 150 ölkə borc üçün BVF-ə müracət edib – tərc.), yenə dollar yeganə ehtiyat pul vahidi olacaq. Artıq bazarda olmayan dollar yenə ən güclü pul olacaq.
“Dərin Amerika” bunun sayəsində Avropanın avro ilə bağlı planını da çökdürəcək. Avropanın avro ilə bağlı planı çökməyə başladığı anda, ayemefkoin daha sürətlə dünyaya yayılacaq. Dünyanın ən zəngin adamlarının siyahısı belə, ayemefkoinlə açıqlanacaq. Zənginlərin itki verməmələri üçün onlara mükafat olaraq ayemefkoin verilməsi də gündəlikdədir. Yəni, bu gün olmasa da, çox yaxınlarda ayemefkoin reallığı ilə tanış olacağıq.
Koronavirusun yayılmasından keçən müddət ərzində yüz minlərlə insan həyatını itirdi, həyatda qalmaq üçün reanimasiya şöbələrində mübarizə apardı, yüz milyonlarla insan isə evlərinə qapandı. Bir o qədəri də işini itirdi. Dünyanın soyudulması və təbiətin özünə gəlməsi kimi müsbət nəticələri olsa da, buradakı məqsəd iqtisadi xarakter daşıyır. Çünki ABŞ bu borcla davam edə bilməzdi.
Baxaq, görək, Çin cəbhəsində nələr olacaq?
Koronavirus getdikdən sonra yerdə qalanın “koin”olduğunu görsək, təəccüblənərikmi? İzləyək, görək…
Tərcümə Strateq.az-ındır