Azərbaycan Dəmir Yolunun “kölgə” 1-ci müavini Əlirza Süleymanov- Əlirza Süleymanovun oğlunun Slovakiyada biznesi

Azərbaycan Dəmir Yolunun “kölgə” 1-ci müavini Əlirza Süleymanov- Əlirza Süleymanovun oğlunun Slovakiyada biznesi
Manşet
Oxunma sayı: 165
Köhnə partkom  köhnə  vaqonları necə doğrayıb satıb ? 


Suallara və gələcək  qonaqlara hazır ol, Süleymanov !


Bütün dünya qəbul edir ki, Azərbaycan  Qərblə Şərqin arasında körpüdür. 
Körpü sözün geniş mənasında işlədilir. Amma eyni zamanda körpü kommunikasiya mənasında işlədilir. Körpü həm də dəmir yoludur. 
Hazırda  dünyanın diqqəti niyə məhz Zəngəzur məsələsinə yönəlib ?
Bəli, Şərqin Qərbin yolu məhz oradan keçəcək. 
Cənab Prezidentimiz İlham Əliyev cənabları da  mahir siyasi strateq kimi bu məsələni həll etməyə çalışır, inşallah yaxın zamanda həll edəcək. 
Ancaq məmur olan kəslər də bu məsələdə bacardığını  etməlidir. 
Biz yuxarıda qeyd etdik ki, körpü daha çox ölkələri birləşdirən dəmir yoludur. 
Gəlin indi dəmir yollarımıza nəzər salaq. 
Cənab  Ziya Məmmədov  1996- 2002-ci ilədək  Azərbaycan Dövlət Dəmir Yolunun rəisi, sonra nəqliyyat naziri olub. 
Sonra  Arif Əsgərov  2004-2009-ci illərdə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi, 2009-2015-ci illərdə isə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışmışdır.
2015-ci ildən isə hörmətli Cavid Qurbanov  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədridir.
Bu ardıcıllığı niyə oxucuya və cəmiyyətə xatırladırıq ? 
Ziyadan başlayan və bu günədək davam edən uzun dövr ərzində ADY deyilən qurumda bir “kölgə adam” olub – Əlirza Süleymanov. 

Bu adam kimdir ? 

Bu adam  dəmir yolunun  partkomu olub, əsasən kadr məsələlərinə baxıb. 
Əbəs yerə demirlər ki, arxanda Əlirza kişi  varsa  AYD-də sənə kimsə toxuna bilməz. Yəni kadr rəisi olaraq AYD-də  qoyub-çıxartmaq məsələlərinə Əlirza  Süleymanov baxıb. 
 1990-cı ildən vaqon depolarını ( bunu yadınızda   saxlayın  !) Əlirza müəllimə tapşırıblar. O vaxtdan maxinasiyalar başlayıb. 
Ziya Məmmədov ADY rəisi  olan kimi  Əlirzanı özünə müavin təyin edib. Yəni Əlirza müəllim  1997-2010-ci illərdə Azərbaycan Dəmir Yolu rəisinin müavini vəzifəsində çalışıb.
Arif Əsgərov  2004-2009–cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi, 2009-2015-ci illərdə isə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri olub. 
Bəli,  Əlirza Süleymanov Ziya Məmmədovdan sonra düz 11-12 il Arif Əsgərovun müavini olub. 2010-cu ildən isə 1-ci müavindir bu günədək.  Olsun, bir söz demirik. Amma görək bu illər ərzində dəmir yolunda nələr baş verib ?
Sağ olsun  AYD-nin yeni sədri cənab Cavid Qurbanovu. Çətinliklə də olsa  dəmir yolu sistemini yenidən qura bildi. 
Bizim suallarımız Əlirza müəllimədir. 
Cənab Əlirza Süleymanov,  oğlunuzun Slovakiyada  biznesi varmı ?
Oğlunuz  keçmiş şefiniz  Arif Əsgərovla hansı ölkələrdə  şərikli biznes qurub ?
Cənab Əlirza Süleymanov ! 
Ziya Məmmədovun, Arif Əsgərovun  dövründə Rusiyadan köhnə vaqonları rəngləyib təzə adı ilə Azərbaycana gətirəndə, milyonlar qazananda niyə səsini çıxartmırdın ?
Köhnə vaqonları  doğrayıb 1 tonunu 160 manata satıb, kağızda 75 manat göstərəndə  niyə danışmırdın ?
 Çünki sənin də öz faizlərin var idi. 
Dəmir yol sistemində  görülən işlərin qiymətini 2 dəfə şişirdib  milyonları mənimsəyirdiniz. Buna görə cavab verməlisən ee ?
Əlirza Süleymanov ! Sizə suallarımız çox olacaq. 1-ci müavin olmaq o demək deyil ki, məsuliyyət daşımayacaqsan. 
Danişyan kimdir və  digər vacib  suallara və qəfil gələn qonaqlara hazır ol. /Gundelik-baku.com/