Bakıda məşhur klinikada ölən gənc qızın meyiti ailəsinə verilmir - VİDEO

Bakıda məşhur klinikada ölən gənc qızın meyiti ailəsinə verilmir - VİDEO
Manşet / Səhiyyə
Oxunma sayı: 348
Bakıda gənc qız xərçəng xəstəliyindən vəfat edib.
Sabahnews.az xəbər verir ki, dünən Təbəssüm Məmmədova paytaxtda yerləşən “Bona Dea International Hospital”da ölüb.
Onun anası Elnurə Əsgərova sosial şəbəkədə videogörüntü yayaraq, iddia edib ki, xəstəxanaya vəsait ödəyə bilmədiyi üçün övladının nəşi ona vermir:
“Qızımın nəşini aparmaq üçün səkkiz min borcum qaldığı üçün onu vermirlər. Hər şeyimi satıb, borc almışam, qızımın meyitini 10 gün də orda saxlasalar, səkkiz mini tapıb gətirə bilməyəcəm”.