Texniki Universitetin YARIMŞTAT PROFESSOR rektoru Vilayət Vəliyev- REKTORUN “təzə bazarı”…

Texniki Universitetin YARIMŞTAT PROFESSOR rektoru Vilayət Vəliyev- REKTORUN “təzə bazarı”…
Manşet
Oxunma sayı: 16
Yeni rektor sələfi  “it boğuşduran” Havar Məmmədovun əməllərini davam etdirir… 


Azərbaycan Texniki Universiteti deyəndə ilk ağıla bir neçə ad  gəlir:
Birincisi, keçmiş Politexnik İnstitutu, ikincisi  institutun sabiq  rektoru  Havar Məmmədov, üçüncüsü lətifəsi bunlardan uzaq olsun, “it döyüşməsi”, dördüncüsü ATU-nun indiki rektoru Vilayət Vəliyev və s…
Qaydanı pozaraq  sonuncudan başlayaq, yəni Vilayət Vəliyevdən. 
Vilayət Vəliyev kimdir ? 
Rəsmi tərcümeyi-halı belədir: 
Vilayət Məmməd oğlu Vəliyev - iqtisad elmləri doktorudur, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışıb.
Vilayət  Vəliyev 1978-ci ildə Sumqayıt şəhər 49 saylı texniki-peşə məktəbini bitirib.
1978-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Tətbiqi riyaziyyat fakültəsini başa vurub.
2007-ci ildə  “İqtisadiyyatın riyazi və instrumental üsulları” ixtisası üzrə iqtisad elmləri doktoru elmi adı alıb. 2012-ci ildən Azərbaycan Milli Aviasiya Akademiyasında yarımştat professor vəzifəsində çalışır.
Yəni bu adam YARIMŞTAT PROFESSOR-dur. 
Bu universitet  hamilə qadın və süd verən analardan COVİD pasportu tələb olunması ilə gündəmə gəlib. 
Təsəvvür edirsiniz, universitet tələbəsi olan hamilə qadın ondan COVİD pasportu və əks-göstəriş sənədi təqdim edə bilmədiyinə görə hətta tələbə hüququndan imtina edib.
Görəsən  rektor başa düşmür ki, hamilə qadınları, uşaq əmizdirən analar  peyvənd olunmağa məcbur edilə bilməz. 
İndi görək,  ATU-nun  Havar Məmmədovdan sonrakı rektoru Vilayət Vəliyev   hansı müsbət dəyişikliklər edə bildi ? 
Bu gün bəlli olur ki,  universitetə Vilayət Vəliyevin rektor təyin olunması orada heç nəyi dəyişməyib. 
5 minə yaxın tələbənin imtahanlardan fənn kəsiri  yaranmasından doğan problemlər  həllini tapmayıb. 
Əksinə Vilayət Vəliyev xeyli müddət İlham Pirməmmədovun  rüşvət şəbəkəsindən faydalanıb. 
Düzdür  sonralar İlham Pirməmmədov prorektor vəzifəsindən azad edildi. 
Vilayət Vəliyev də  sələfi kimi  öz qohum-əqrəbasını, dostlarını  ATU-ya doldurmaqla məşğul oldu. 
Əslində bu belə də olmalı idi. Çünki yazının girişində sabiq rektor Havar Məmmədovun adını, “it döyüşməsi” məsələsini əbəs yerə çəkmədik. 
Uzun illər  ATU-nun rektoru olan Havar Məmmədovun adı  universitetin İdman zalında it boğuşdurması və bu yolla pul qazanması ilə dövrü mətbuatın manşetinin bəzəyi olub. 
Havar Məmmədov uzun illər Politexnik İnstitutunda Komsomol Komitəsinin katibi olub. 
Havar Məmmədov 2000-ci ildən  2016-cı ilə kimi, yəni 16 il  ATU-da rektor olmuşdur. 
Bu müddət ərzində  Havar Məmmədov elm üçün heç bir iş görməyib, ancaq özünə sərvət toplayıb. Bu adam tələbələrdən keçid balı üçün 200 manat yığmağın “avtorudur”. 
Bu adamın 3 milyonu kimə verməsi də bəllidir. 
Sabiq rektorun Xocahəsəndəki dəmir beton zavoduna şərikliyi də bəllidir. 
Bu adamın  4 milyonluq villası barədə də çox yazılıb. 
Universitetin təmirinə ayrılmış pulların bir qismi Novxanıdakı  bahalı villanın inşa edilməsinə sərf olunub.
Araşdırmalar  nəticəsində Havar Məmmədovun daha bir villasını aşkarlamaq mümkün olub. Belə ki, bu dəfə Heydər Əliyev Məscidinin yaxınlığında, “milyonçular məhəlləsi” deyilən ərazidə rektorun 3 mərtəbəli villası tapılıb. 
Görəsən  Havar Məmmədov  bu milyonları haradan qazanıb ? 
Diqqətli oxucuların yaxşı yadında olar. Havar Məmmədov bir vaxtlar  ATU-nun geniş idman zalını it boğuşduranlara arendaya verərək, pul qazanırdı. 
Bir sözlə, Vilayət Vəliyev  sələfi  Havar Məmmədovun əməllərini başqa formada davam etdirir. /Gundelik-baku.com/