Nazir İnam Kərimovun “toydan sonra nağara” TENDERİ... - İnam Kərimov və Sialə Rüstəmovanın tender maxinasiyası...

Nazir İnam Kərimovun “toydan sonra nağara” TENDERİ... - İnam Kərimov və Sialə Rüstəmovanın tender maxinasiyası...
Manşet
Oxunma sayı: 309
Sözün düzü, bu ölkədə hər cürə tender barədə eşitmişdik, amma beləsinə rast gəlməmişdik. Məlumdur ki, hər hansı bir layihəni həyata keçirmək üçün tender keçirilir, tenderdə ən azı  2 şirkət iştirak etməlidir ki, qalib onlardan biri olsun. 
Digər tərəfdən  tenderdə iştirak edən şirkətlər həmin sahə üzrə iş təcrübəsinə malik olmalıdır. 
Amma bizdə  tenderdən 10 gün qabaq  2-3 saxta şirkət qeydiyyatdan keçirirlər və onlardan birini Allah qoymasa qalib edirlər. 
Bir soruşan olmur ki, dünən qeydiyyatdan keçən şirkətin hansı iş təcrübəsinə əsaslanıb onu qalib elan etdiniz ?
Bir sözlə, tender məsələsində kimin əli kimin cibindən çıxır bəlli deyil. 
Əslində bəllidir, əlbəttə  tenderi keçirən qurum öz qohum-əqrəbasının adına yalançı şirkətlər qeydiyyatdan keçirib, dövlətin ayırdığı  milyonları  mənimsəyirlər. 
Bu  biabırçılıqlar  hamıya bəllidir. 
Amma indi haqqında bəhs edəcəyimiz  TENDERİN  DÜNYADA  ANALOQU OLMAYIB. 
Əbəs yerə yazının başlığında TOYDAN SONRA NAĞARA yazmadıq. 
Belə ki, Kənd Təsərrüfatı Naziri İnam Kərimovun rəhbər olduğu qurumun tabeliyində olan  Baytarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.
Bu barədə biraz sonra. 
Məlumat üçün qeyd edək ki, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Sialə Rüstəmovadır.  
Bu xanım direktor uzun müddət KTN və Baytarlıq sistemində yüksək vəzifələrdə çalışıb. 
Xeyli müddət  Baytarlıq Dövlət Nəzarət Xidmətinin rəisi olub. Sonra korrupsiya əməlləri ilə bağlı  vəzifədən qovulub. Amma hansısa sirrli əl onu yenidən Sumqayıtda vəzifəyə gətirib. Bəli, Sialə Rüstəmova  bir müddət Sumqayıt  Baytarlıq İdarəsinin müdiri olub. Sonra yenə qanunsuz əməlləri ilə bağlı oradan da qovulub.
Və bir müddət sonra  Qoşqar Təhməzlinin yanında peyda olub. Yəni  Azərbaycan Qida Təhlükəsizliyi  Agentliyində vəzifə daşıyıb. 
Sonra  Qoşqar Təhməzli ilə aralarında baş verən “soyuq” münasibətdən sonra  Sialə Rüstəmova AQTA-dan da qovulub. 
Amma, sirrli əl bu xanımı yenidən vəzifəyə gətirib. 
Bu dəfə Sialə Rüstəmova  İnam Kərimovun etimadını qazanaraq Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru olub. 
İndi isə görək,  xanım Rüstəmova  cənab nazir İnam Kərimovun sayəsində necə tender keçirib. 
Deməli, Baytarlıq Elmi-Tədqiqat institutunun 120 illik yubileyinin qeyd olunması üçün keçiriləcək Beynəlxalq Konfransı təşkil etmək üçün  42 min 478 manat 50 qəpik vəsait ayrılıb. 
Birincisi,  adi yubileyi keçirmək üçün 50 min manat civarında vəsait nəyə lazımdır ?
İkincisi, tenderin qalibi olan “Raveller Az Company” MMC (VÖEN- 1604549501)  tender elanından 10 gün qabaq qeydiyyatdan keçib. Bütün Azərbaycanda olduğu kimi. Amma ən dəhşətlisi odur ki, qurumun rəsmi saytında Bakıda Baytarlıq Elmi-Tədqiqat İnstitutunun 120 illik yubileyinə həsr olunan konfransın noyabr ayının 25-i və 26-sı tarixlərində keçirildiyi qeyd olunub. Lakin, dövlət satınalmaları üzrə vahid portalda tender müsabiqəsinin icrasına dekabr ayının 15-də başlanılacağı göstərilib.
İndi aydın oldumu  toydan sonra nağara nədir ?
Deməli, tədbir  NOYABRIN 25-DƏ KEÇİRİLİB, yəni TOY QURTARIB...
Allah qoymasa DEKABRIN 15-DƏ İSƏ TENDER KEÇİRİLİB..
Görəsən, tədbir  20 gün əvvəl bitib qurtarıbsa, Sialə Rüstəmova və İnam Kərimov bu tenderi nə üçün keçirirdi ?
Qoy bu məsələyə cənab nazir aydınlıq gətirsin. /Gundelik-baku.com/