Laçın rayon təhsil şöbəsinin sabiq müdiri Malik Vəliyev indi harada lövbər salıb ? -O indi də Sumqayıt əmlakda meydan sulayır...

Laçın rayon təhsil şöbəsinin sabiq müdiri Malik Vəliyev indi harada lövbər salıb ? -O indi də Sumqayıt əmlakda meydan sulayır...
Manşet
Oxunma sayı: 21
Tərtər Regional Təhsil İdarəsinin müdiri vəzifəsindən qovulan Malik Vəliyev indi də Sumqayıt əmlakda  meydan sulayır... 

Laçın rayon təhsil şöbəsinin sabiq müdiri Malik Vəliyevin barəsində mediada yazılanlara  nəzər salanda adam dəhşətə gəlir. 
Bu adam təhsil şöbəsinin müdiri olduğu zaman  rayon təhsilini sözün həqiqi mənasında çökdürdü. 
Rayon təhsil şöbəsində rüşvət və korrupsiya əməlləri son həddə çatmışdı. 
Mətbuatda gedən yazılardan bəlli olur ki,  hər il dövlət büdcəsindən Laçın rayon təhsilinə ayrılan 100 min manatlarla vəsaiti  Malik Vəliyev  Laçın rayon maliyyə şöbəsi ilə əlbir olaraq müxtəlif adlar altında talan ediblər.
Belə ki, inventarların, yumşaq inventarların satın alınmasına, məktəbli paltarlarının alınmasına, təhsil sahəsini əhatə edən ümumi təmir işlərinə, dəftərxana ləvazimatlarının alınmasına, avadanlıqların satın alınmasına və digər xərclər üçün ayrılmış vəsaiti müxtəlif MMC-lərin adına sənədləşdirən Malik  Vəliyev sözün həqiqi mənasında  milyonçuya çevrilib.
Malik Vəliyev Təhsil Şöbəsindəki vakant dövlət qulluğu vəzifələrini Prezident yanında dövlət qulluğu məsələləri üzrə komisiyadan gizlədərək müsabiqəyə verməyib  və...
Müsabiqədə keçid balı toplaya bilməyən 4-5 namizədin hər birindən 5000 manat rüşvət alaraq təhsil şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifələrinə təyin edib.
Malik Vəliyevin müdir olduğu vaxtda hətta təhsil işçisi baş verənlərə etiraz olaraq intihar etmişdi. 
Bütün bunlar barədə mediada kifayət qədər materiallar var. 
Bəs bütün bunlardan sonra nə baş verdi ? 
Hamı düşünürdü ki, Malik Vəliyevi həbs edəcəklər. Amma..
Əmması odur ki, bir rayonun təhsilini xaraba günə qoyan Maliki  6 rayonun təhsil şöbəsinə rəhbər təyin etdilər. 
Bəli, Malik  Vəliyev Tərtər Regional Təhsil İdarəsinin rəhbəri olmaqla  Ağdam, Xocavənd, Füzuli, Ağcabədi rayonlarının təhsil şöbəsi müdirlərinə rəhbər təyin olundu. Əvvəl Laçında at oynadan Malik sonradan  meydanı genişləndirdi, korrupsiyanın miqyasını artırdı. 
Və yoxlama zamanı 10 milyondan artıq vəsaitin mənimsənildiyi məlum oldu. 
Beləliklə Malik Vəliyev canını qurtara bilsə də təhsil sahəsindən qovuldu. 
Gündəlik-Bakıya daxil olan məlumata görə, Malik Vəliyev indi də  Sumqayıtda lövbər salıb. Özü də ən yağlı yerdə..
Daşınmaz Əmlakın  Sumqayıt Şəhər şöbəsində, ay bunu işə ğötürənlər Malik Vəliyev hər şey şünasdır, yoxsa səni axtarıramdan tapıblar?
Deyəsən, Malik Vəliyev  sonuna yaxınlaşır. 
Bu dəfə canını qurtara bilməyəcək. /Gundelik-baku.com/