Cəlilalabad RTŞ-nin müdiri Ağaxan Ağayev yanğından mal qaçırırmış kimi təhsili yağmalayır- ŞOK FAKTLAR

Cəlilalabad RTŞ-nin müdiri Ağaxan Ağayev yanğından mal qaçırırmış kimi təhsili yağmalayır- ŞOK FAKTLAR
Manşet
Oxunma sayı: 22
Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” sərəncama dəyişiklik edilməsi barədə” sərəncamı ilə Təhsil Nazirliyinin regional idarələri yaradılacağı xəbərini eşidən gündən Cəlilabad RTŞ müdiri Ağaxan Ağayev sanki yanğından mal qaçırırmış kimi təhsilmizi yağmalamaqdadır. Məktəblərdə müəllim çatışmazlığını aradan qaldırmaq üçün vakant göstərmək  əvəzinə, boş qalan xadimə ştatlarını araşdırıb, dərhal pul alaraq həmin yeri satır. Gözdən pərdə asmaq üçün bir neçə şəhid və qazi ailəsini də işə götürüb özlərinə məxsus olan ölücanları ört-basdır edirlər. Məktəbə yoxlama gəlib xadimələri az görəndədə başlayır ki, bəs şəhid, qazi ailəsidir çıxmır işə.
Cəlilabad RTŞ müdiri Ağaxan Ağayevin təhsildən pul qazanmaq üçün metod və maxinasiyaları bununlada bitmir. Mərkəzi Seçki Komissiyası hər ilin əvvəlində olduğu kimi  bu il də (11.01.2022) məktəblərdə olan öz üzvülərini çağırıb siyahıya almaya cəlb etsədə Ağaxan Ağayev onlara dərslərini ictimai əsaslarla keçdirir. Əks təqdirdə pul ödənilməyəcəyini bilirib. Həmin pulları isə direktorlarla birləşərək mənimsəməyə hazırlaşır. Keçən ilin hesabatına görə Cəlilabad təhsili sondan ikinci yerdə olmasına baxmayaraq bu il də bu istiqamətdə heç bir iş görülmür. Vakantların gizlədilməsi, davamiyyətin zəifliyi və istilik problemləri hələdə qalmaqdadır. Əvəzində isə İcra Başçısı ilə birləşərək müəllimlərə kitab və qəzet satdırılır.
/Gundelik-baku.com/