2 sm qar yağan kimi Bakı şəhəri iflic vəziyyətinə düşür… - Paytaxt yollarına qardan sonra nə səpiblər ki, yollarda qapqara palçıq dizə çıxır…

2 sm qar yağan kimi Bakı şəhəri iflic vəziyyətinə düşür… - Paytaxt yollarına qardan sonra nə səpiblər ki, yollarda qapqara palçıq dizə çıxır…
Manşet / Cəmiyyət
Oxunma sayı: 7 000
Hər il qış yaxınlaşanda mediada “Bakı qışa hazırdırmı ?” mövzusu gündəmə gəlir. Və hər dəfə də məlum olur ki, Bakı qışa hazır deyil. Əsas mövzuya kömək olaraq bir az kənara çıxaq. Belə ki, bütün dünyada fəlakətlər, zəlzələlər, tufanlar, uraqanlar, sunamilər və s olur. Bunlar təbii fəlakətlərdir. Yaxud günlərlə leysan yağışları yağır, sel olur, güclü qar yağır. Bunlar təbii hadisələrdir və heç bir ölkə bundan sığortalanmayıb. Allahın lütfündən Azərbaycanda  bu təbii hadisələrin heç biri baş vermir. Elə bil Allahın millətimizə yazığı gəlir. Nə güclü qar, nə günlərlə davam edən yağışlar  ölkəmizdə baş vermir. Amma... Əmması odur ki, bu təbii fəlakətlərin əvəzində bizdə məmur fəlakəti var. Yəni  5-6 sm qar yağan kimi, yaxud  göydən yerə  bir vedrə yağış düşən kimi şəhəri sel aparır. Nəinki  şəhəri sel aparır ee...şəhər əməlli-başlı iflic olur, şəhərdə nəinki maşınlar, hətta  piyadalar yeriyə  bilmir. 
Təsəvvür edirsiniz, şəhərdə səkilərə, yol kənarlarına sürüşkən tametlər vurulub. Görün şəhər təssərrüfatına rəhbərlik edən şəxslər nə ağıldadır ki, səkilərə sürüşkən tametlər vurulub. Əlbəttə həmin tametlərin üstünə 2 sm qar düşən kimi insanlar yeriyə  bilməyəcək, yaxud yıxılıb zədə alacaq. Buna görə təbiət günahkar deyil ee, məmurlar məsuliyyət daşıyır. Axı, Bakı Şəhər İcra Hakimiyyətində hər ay ümumi olaraq dövlətdən yüz minlərlə maaş alan əməkdaşlar var. Onlar hara baxır..? 
Bəs Bakı ŞİH-nin nəzdində “Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti” var. Bu departamentin balansında bəlkə də yüzlərlə  texnika, avtomobil, traktor, buldozer, bel, lom, lapatkalar və daha nələr var. Bundan başqa Bakının 12 rayonunda Mənzil Kommunal Təsərrüfatı Birlikləri var, xeyli sayda işçiləri, nə bilim texnikaları və s. 
Təsəvvür edirsiniz, bu az qala bir ordudur. Bəs onda niyə yerə 2 sm  qar düşən kimi şəhər iflic olur..? Bəs niyə 5 dəqiqə yağış yağan kimi şəhəri sel aparır..? Təsəvvür edirsiniz, 10 ilə yaxındır ki, Bakıya nəinki güclü, hətta zəif qar yağımırdı. Amma Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi bu illər ərzində min tonlarla  duzu silib. Bunlardan soruşan yoxdur kİ, qar yağmayıbsa  duzu hara səpmisiniz..? 
Təsəvvür edirsinizmi,  Bakı ŞİH  100  tonlarla texniki, yəni emal edilməmiş duz alıb və... Sonradan məlum olub ki, insan üçün ziyanlı oaln həmin duzlar  müxtəlif yerlərdə qablaşdırılaraq əhaliyə satılıb. Bəs niyə, Sanitariya və Texniki Təmizlik İdarəsi buna görə cavab vermir..? 
Təsəvvür edirsiniz sonrada Bakı ŞİH əlavə 1000 ton duz alıb. Bu duzlar texniki duzdur, yodlaşdırılmayıb. Bunu əhaliyə satmaq cinayətdir. Bəs görəsən, müvafiq  dövlət qurumları hara baxır..? Hələ bu harasıdır..? 
Bakı ŞİH  “qarla, yağışla mübarizə”  adı altında  milyonlarla dəyəri olan  texnika alır, öz də saxta tender keçirməklə. Bəs bu texnika harada işləyir. Ki, 2 sm qar yağan kimi şəhər dözülməz həddə çatır. Konkret olaraq 2 gündür azca qar yağmasına baxmayaarq küçələrdə, yollarda hərəkət etmək olmur. Sürücülər deyir ki, başa düşmürük ki, yollara nə səpiblər. Ki, avtomobillər yollardakı qarlı palçıqdan hərəkət edə bilmir. Bəli, iki gündür yollarda, səkilərdə palçıq əlindən hərəkət etmək olmur. 
Görəsən, Bakı ŞİH-nin başçısı, hörmətli Eldar Əzizov cənabları bunları görmür..? Eldar müəllimdən soruşmaq istəyirik ki, sizin Təmizlik İdarəsi hara, kimə qulluq edir..? Amma insaf naminə qeyd edək ki, burada Eldar müəllimlik heç bir şey yoxdur. Hər kəsin yuxarıda bir qohumu oturub hamını tapşırırlar ki, ona dəyməyin, qoyun rüşvətdən-zaddan alsın dolansın. Amma belə tapşırıqlar ölkəmizi fəlakətə aparır. Bu başqa bir yazının mövzusudur. 
Bəli, bəzi adamlar bu işlərdən kağız üzərində tender keçirərək pul qazanmaqla məşğuldurlar. İnanmırsınızsa, Əhməd Rəcəbli küçəsində olan söhbətin lentinə qulaq asmaq kifayətdir. Bu da belə, amma Eldar müəllimə demək istəyirik ki, bəlkə də bunlardan sizin xəbəriniz yoxdur. Lakin xəbəriniz olmalıdır. Eldar müəllimə demək istəyirik ki, biz nəsə  yazan kimi sizin əməkdaşlarınız ora-bura qaçıb bizi susdurmaq istəyirlər.. Süpürgə bir tərəfdən, o birisi o tərəfdən. Amma biz də işimizi etibarlı tuturuq. Biz onsuzda özümüzə dost bildiyimiz şəxslərdən başqa heç kimi eşitmirik.
Amma bizim əlimizdə canlı videolar var ki, zamanı gələndə lazımi yerlərə təqdim edəcəyik. Eldar müəllimə demək istəyirik kİ, sizin işçiləriniz niyə sizi bu duruma salırlar..? Görəsən, Eldar müəllimin “SÜPÜRGƏ” ləqəblinin əli ilə süpürülən milyonlardan xəbəri varmı..? Axı, Vasif Talıbovun başına gələnlər  dərs olmalıdır... 
Yeri gəlmişkən, söhbət  Vasif Talıbovdan düşmüşkən, bir məsələni qeyd edək. Vasif Talıbovu, təkcə möhtərəm Prezidentimiz deyil, həm də uca Allah cəzalandırdı. Unutmayaq ki, bütün hakimiyyətlərdən üstün bir hakimiyyət var: Uca Allahın ilahi hakimiyyəti. Sən məhkəmədən, polisdən, nə bilim prokurordan qaça bilərsən, Allahın hakimiyyətindən qaça bilməzsən. Bəli, Bakı ŞİH-də yaşananlarla bağlı bu yazını dərc edirik ki, siz Perzidentin yolunun üstünə, yaxud Əzizbəyovun keçmiş heykəlinin yanına xeyli duz tökərək görüntü yarada bilərsiniz.  Amma axı bu boyda Bakı təkcə Əzizbəyovun heykəlinin  dörd yanı deyil ee... Bakı həm də Mehdiabad, Pirşağı, Ramana və s deməkdir. Siz bununla kimi aldadırsınız..? 
P.S. Biz bir media olaraq sizlərə uca Allahın hakimiyyətini əbəs yerə xatırlatmadıq. Nə tez unutdunuz İmam Hüseynə and içməyinizi..? Nə tez unutdunuz duz məsələsini..? Deyirdiniz duz gətirib  hər dəfə borcumuzu ödəyəcəyik. Deyirdiniz  İmam Hüseynə and içək. Biz and içdik və kişi kimi sözümüzü tuturuq, hətta sizin adınızı da çəkmirik. Bəs siz..? Biz İmam Hüseyn xatirinə  bir çox mətləblərə toxunmuruq. Amma onu bilin ki, bizimlə qarşı-qarşıya oturaraq, İmam Hüseynə and içdiniz. Amma o anda əməl etmirsiniz. O and sizi hətta Türkiyədə komaya düşərək ölümcül vəziyyətə düşəcəyinizə səbəb oldu. Yenə ayılmadınız. Bilin, İmam Hüseynə yalandan andınız sizə qənim olsa, Vasif Talıbov sizin yanınızda TOYA GETMƏLİ olacaq. /gundelik-baku.com