Vüqar Qurbanovdan gözlənilən addım... - Səkinə Sadıxova vəzifədən azad edildi, onun yerinə Elnur Azadxanov təyin olundu...

Vüqar Qurbanovdan gözlənilən addım... - Səkinə Sadıxova vəzifədən azad edildi, onun yerinə Elnur Azadxanov təyin olundu...
Manşet / Cəmiyyət
Oxunma sayı: 7 664
"Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" Publik Hüquqi Şəxsin 29 dekabr 2023-cü il, 18-1/3-1-2108/2023 nömrəli əmrinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin, 2-ci hissəsinin b bəndini (əmək müqaviləsinin müddətinin qurtarması) və Azərbaycan Respublikası Prezidentinin 1 may 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Publik Hüquqi Şəxsin (TƏBİB) (hüquqi ünvan AZ 1006, Bakı şəhəri Nəsimi rayonu Lev Tolstoy, ev 170) nizamnaməsinin 4.22.10-cu və 4.22.14-cü yarımbəndlərini rəhbər tutaraq əmr edirəm. 
1. "Sumqayıt Tibb Mərkəzi" Publik Hüquqi Şəxsin direktoru Səkinə Müzəffər qızı Sadıxova 29 dekabr 2023-cü il tarixdən tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış 24 iyun 2021-ci il tarixli 135 nömrəli Əmək Müqaviləsinə xitam verilsin.
2. Əmrin icrası və son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb, ödənilməsinin təmin edilməsi "Sumqayıt Tibb Mərkəzi" Publik Hüquqi Şəxsinə tapşırılsın. Əsas: Müşahidə Şurasının 33-Q/2023 nömrəli 28.12.2023-cü il qəraı və əmək müqaviləsi. İcraçı direktor: Vüqar Cavanşir oğlu Qurbanov.
Bəli, "Sumqayıt Tibb Mərkəzi" Publik Hüquqi Şəxsin direktoru Səkinə Sadıxova vəzifəsindən uzaqlaşdırıldı. Haqqında dəfələrlə cinayət işi qaldırılan və hal-hazırda barəsində cinayət işi olan korrupsioner məmur Səkinə Sadıxovanın işdən azad edilməsi TƏBİB rəhbəri Vüqar Qurbanov tərəfindən təqdirəlayiq addım kimi qəbul olunur.
Biz "Gündəlik Bakı" ailəsi olaraq, uzun müddətdir ki, Səkinə Sadıxovanın əməllərindən tənqidi materiallar dərc edirdik. Biz əmin idik ki, Səkinə Sadıxovanın Böyük Sənaye Şəhəri olan, Sumqayıt sakinlərinə qarşı mənfi münasibəti, rəhbərlik tərəfindən müsbət qəbul olunmayacaqdır. Məhz ona görə də, Səkinə Sadıxova və onun adamları tərəfindən bizə qarşı edilən təzyiqlərdən heç vaxt qorxmadıq, heç vaxt çəkinmədik, heç vaxt da qorxub çəkinməyəcəyik.
"Gündəlik Bakı" komandası Səkinə Sadıxovanın vəzifədən uzaqlaşdırılmasına nail ola bildi. Amma bir məsələ var ki, Səkinə Sadıxova deyəsən yenidən vəzifə kürsüsünə hücuma hazırlaşır. Səkinə Sadıxova bu gün Sumqayıtda birgə çalışdığı, belə demək mümkünsə "öz kruquna" bildirib ki, tələsməyin bu yaxınlarda Binəqədi Tibb Mərkəzinin rəhbəri təqaüdə gedir, mən ora rəhbər təyin olunacağam, sizi də özümlə yeni vəzifəyə aparacağam.
Bu arada onu da qeyd edək ki, Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş direktoru işdən çıxarılıb. Azadxanov Elnur Ramazan oğlu vəzifəsindən azad olunub. 
Qeyd edək ki, 2020-ci ilin mart ayında Elnur Azadxanov TƏBİB İdarə Heyətinin sabiq sədri Ramin Bayramlının əmri ilə sözügedən vəzifəyə təyinat almışdı. Onu da bildirək ki, Azadxanov Elnur Ramazan oğlu Sumqayıt Tibb Mərkəzinin direktoru təyin olunub.
Gundelik-Baku.com