Asiyalı aktrisa ilin ikonası seçildi

Asiyalı aktrisa ilin ikonası seçildi
Mədəniyyət
Oxunma sayı: 8 212
“Time” jurnalı “Geyşanın xatirələri”, “Əyilən pələng”, “Gizli əjdaha” və “Hər yerdə, bir anda” filmləri ilə məşhurlaşan malayziyalı aktrisa Mişel Yeonu 2022-ci ilin ikonu seçib.
Bu barədə nəşrin saytında məlumat paylaşılıb.
O, Asiya kinosunda populyar olsa da, 2021-ci ildə ekranlara çıxan “Hər yerdə, bir anda” filminin premyerasından sonra Hollivudda da şöhrət qazanıb.
Qeyd edək ki, Daniel Şaynert və Den Kvanın filmi aktrisaya Oskar qazandıra bilər.