Azərbaycan Dövlət Kukla Teatrında yoxlamalar davam edir. Bu barədə OLAY-a teatrdan məlumat verilib. Bildirilib ki, hələ də akt yazılmayıb və yoxlamalar dayandırılmayıb. Qeyd edək ki, 21 noyabrdan Mədəniyyət Nazirliyi tərəfindən teatrda yoxlamalar aparılır.