25 illiyinə həsr olunan "Titanik" REKORDLAR QIRDI

25 illiyinə həsr olunan "Titanik" REKORDLAR QIRDI
Mədəniyyət
Oxunma sayı: 756
"Titanik" kinoteatrlarda üçüncü dəfə yenidən nümayiş olunduqdan sonra kassada "Avatar 2"ni geridə qoyub.
Xarici KİV xəbər verir ki, 25 illik yubileyi şərəfinə ekranlara qayıdan "Titanik" dünya üzrə 22,3 milyon dollar, "Avatar: Suyun Yolu" isə 25,8 milyon dollar gəlir əldə edib.
Beləliklə, Ceyms Kemeronun filmləri tarixin ən çox gəlir gətirən filmləri reytinqində üçüncü və dördüncü yerləri tutur: “Titanik” 2,217 milyard dollar, “Avatar”ın ikinci hissəsi isə 2,213 milyard dollar gəlir gətirib.
Hazırda dünyada ən çox gəlir gətirən üçüncü film "Sehrli Mayk: Son Rəqs"dir. ABŞ-da striptizçi franşizasının üçüncü hissəsi kassa lideri olub.