"Ən möhtəşəm veriliş Tarkanla oldu"

"Ən möhtəşəm veriliş Tarkanla oldu"
Şou
Oxunma sayı: 422
Türkiyəli şoumen Beyazıt Öztürk "Kanal D"də yayımlanan "Müge ve Gülşen'le 2. Sayfa" verilişində canlı bağlantıya qoşulub.
Öztürk "Beyaz Show"nun nostalji bölümlərini izləyərkən həm çox güldüyünü, həm də çox ağladığını deyib. Ən maraqlı verilişin isə Tarkanla keçdiyini bildirib:
""Beyaz Show"nu yenidən ekranlara qaytarmaq istəyirəm. Ən möhtəşəm veriliş Tarkanla oldu. Çox istədiyi halda onu proqrama gətirə bilmədim. Tarkan Türkiyənin ən böyük sənətçilərindən biridir".