Vasif Məhərrəmli izləyicisini təhqir etdi - FOTO

Vasif Məhərrəmli izləyicisini təhqir etdi - FOTO
Şou
Oxunma sayı: 397
Əməkdar artist Vasif Məhərrəmli insanlara yardım məqsədilə ərzaqlar alıb.
Sənətçi ərzaq qutularının üstünə "Əməkdar artist Vasif Məhərrəmli" sözlərini yazdırıb. Bu isə izləyicilərin tənqidinə səbəb olub.
"Əməkdar artisti yazmasaydınız, tam olmazdı" deyə, rəy yazan izləyici gözləmədiyi reaksiya ilə qarşılaşıb. V.Məhərrəmli ona söyüşlə cavab verib.
Həmçinin, yardımla bağlı video çəkdirən sənətçinin rolikdə Qazaxdakı villasını nümayiş etdirməsi də sosial şəbəkə istifadəçilərində qıcıq yaradıb. Onlar ifaçıya "Yardım etmək evlərini, maşınlarını reklam etməyin təzə yoludur" kimi şərhlər yazıblar.
Qeyd edək ki, V.Məhərrəmli bundan öncə də bir neçə dəfə onu tənqid edən izləyicilərinə təhqiredici ifadələr yazıb.