"Belə getsə, 1 aydan sonra mənim də yardıma ehtiyacım olacaq"

"Belə getsə, 1 aydan sonra mənim də yardıma ehtiyacım olacaq"
Şou
Oxunma sayı: 410
Bir çoxları "Yardım edirsiniz, ya yox" sualını mənə də ünvanlayır. Sevənlərimə bildirmək istəyirəm ki, imkanım daxilində tanıdığım insanlara yardım etmişəm, edirəm də. Çəkib paylaşanları "Özünüzü reklam edirsiz" deyərək, təhqir edənlərə görə çəkmirəm və paylaşmıram.
Bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu sosial şəbəkədə yazıb. Sənətçi ona yardım etməsi ilə bağlı ünvanlanan sualları cavablandırıb. Qaraçuxurlu bildirib ki, öz maddi vəziyyəti də getdikcə pisləşir:
"Belə getsə, uzağı 1 aydan sonra özümün də yardıma ehtiyacım olacaq. Etdikləri paylaşma cəsarətini özündə tapanlara doğru edirsiz demək istəyirəm. İnsanların sosial şəbəkədə aqresiv olmasını real qəbul edirəm. Vəziyyəti acınacaqlı olan saysız-hesabsız vətəndaşlar var. Bu çətin gündə Allah millətimizə, dövlətimizə kömək olsun".
Namiq müğənni Xəyyam Nisanovun ona yazdığı Xalq yaxşı bilir kim kimdir. Biz yalnız karantin vaxtı yox, adi günlərdə də kömək edirik" şərhinə "Bəzi şeyləri dilə gətirib demək olmur" cavabını verib.