"Vətəndaşların qapısını döyüb səs istəyən əksər deputatlar onların yanında deyil”

"Vətəndaşların qapısını döyüb səs istəyən əksər deputatlar onların yanında deyil”
Şou
Oxunma sayı: 384
Son zamanlar cəmiyyət arasında imkansız insanlara yardım emək üçün əsasən müğənnilərə çağırış edilir, onlardan kömək istənilir, hətta bəzi müğənnilər bununla bağlı öz həmkarlarına da müraciət də ediblər.
Müğənni Nadir Qafarzadə də məsələ ilə bağlı öz fikirlərini "Ölkə.Az"-la bölüşüb.
Əməkdaşımızın “Niyə məhz insanlar köməyi müğənnilərdən gözləyirlər, iş adamlarına, var-dövləti olan insanlara müraciət etməkdən çəkinirlər?” sualına ifaçı belə cavab verib. 
“Bizdə insanlarda qorxu var. Onlar kömək istəmək üçün məmurların, biznesmenlərin adını çəkməyə qorxurlar. Onsuz da hazırda xalqın yanında hər zaman ən çox tənqid etdikləri müğənnilər durub. Onlar millətin dar günlərində yanlarındadırlar. Bu gün heç bir məmur, vətəndaşların qapısını döyüb səs istəyən əksər deputatlar onların yanında deyil”,- deyə, o, bildirib.
Nadir Qafarzadə ilə geniş müsahibəni  sabah saytımızda oxuya bilərsiniz.