70 yaşlı Ajda Pekkandan təccübləndirən hərəkətlər - FOTO

70 yaşlı Ajda Pekkandan təccübləndirən hərəkətlər - FOTO
Şou
Oxunma sayı: 382
İllərə meydan oxuyan, Türkiyəli müğənni Ajda Pekkan yeni fotoları ilə gündəmə səs salıb.
70 yaşını haqlayan məşhur müğənni malikanəsində idmanla məşğul olduğu kadrları lentə alaraq, sosial media hesabında izləyicilərlə bölüşüb.
Həm səhnədə, həm də şəxsi həyatında aktiv olan sənətçi bu yaşda formada qalması ilə həmkarlarına göz dağı verir.
Ajdanın ideal və fit bədən quruluşuna sahib olmasının səbəbi yalnız sağlam qidalanmaq və mütəmadi idmanla məşğul olmasıdır. Bu fotolar da  həmin iddianın sübutudur.

Super starın "Sağlam yaşamaq üçün idmanı əsirgəməyin" başlığı altında paylaşdığı fotolarına sosial media əhli təəccüb dolu şərhlər yazıblar.