Tom Korona De Virus adına görə ələ salınan uşağa dəstək oldu

Tom Korona De Virus adına görə ələ salınan uşağa dəstək oldu
Şou
Oxunma sayı: 374
Koronavirusa qalib gələn Hollivud ulduzu Tom Henks COVİD-19-dan əziyyət çəkənlərə diqqət və qayğısını göstərməyə davam edir.
Vaksinin hazırlanmasına görə qan verən və tez-tez sosial şəbəkədə virusdan qorunmaq üçün paylaşımlar edən 66 yaşlı aktyor daha bir xeyirxah addımı ilə diqqət çəkib.
Məşhur ulduz həmyaşıdları tərəfindən ələ salınan Korona De Virus adlı avstraliyalı oğlana dəstək olub.
O, uşaqla məktublaşaraq tanış olub, hətta öz "Corona" adlı çap maşınını ona hədiyyə göndərib.
Tom Henksin bu addımı televiziya proqramlarının da diqqətindən qaçmayıb.

Qeyd edək ki, Tom Henks çap maşınlarının kolleksiyoneridir. Onun kolleksiyasında 100-dən çox yazı maşını var.