"Dədənin pulu ilə oturmuşam, ya səndən aldığım rüşvətlə?! " - Xoşqədəmdən izləyicisinə təhqir dolu sözlər

"Dədənin pulu ilə oturmuşam, ya səndən aldığım rüşvətlə?! " - Xoşqədəmdən izləyicisinə təhqir dolu sözlər
Şou
Oxunma sayı: 415
Xəzər televiziyasında yayımlanan "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı yeni paylaşımı ilə diqqət çəkib.

Aparıcı sosial media hesabında yeni fotolarını paylaşıb. Fotoya "Kaş ki, insanlar kəpənəyin ömründən dərs çıxara. Mal, mülk, pul yerinə sevdiklərinə sarılsa..." şərhini yazıb. İzləyicilər fotonu bəyənib. Bəziləri aparıcıya təriflər yağdırsa da, izləyicilərin digər qismi onu tənqid ediblər. Aparıcı ona gələn "Elədirsə, neçə yerdə eviniz var, bunlar nəyə lazımdır, Xoşqədəm "xanım"? Oturmusunuz neçə sot həyət evində, camaata dərs keçməyin" şərhinə sərt reaksiya verib. Belə ki, o, sözügedən şərhə "Dədənin pulu ilə oturmuşam, ya səndən aldğım rüşvətlə?! Allah pul yerinə sənə ağıl versin" rəyini yazıb.


"Dədənin pulu ilə oturmuşam, ya səndən aldığım rüşvətlə?! " - Xoşqədəmdən izləyicisinə təhqir dolu sözlər - FOTOLAR