Məşhurların COVİD-19 həyəcanı: Kimlər həkimə müraciət edib? - "Mən virusun atasıyam" - BİZİM SORĞU

Məşhurların COVİD-19 həyəcanı: Kimlər həkimə müraciət edib? - "Mən virusun atasıyam" - BİZİM SORĞU
Şou
Oxunma sayı: 350
Koronavirus pandemiyası bir çoz ölkələrə təsir etdiyi kimi ölkəmizdən də yan keçməyib.
İnfeksiya hər kəsin içində qorxu və narahatlıq hissi yaradıb. Bəzi insanlar xəstəliyin simptomlarını özlərində hiss etməsələr belə, həkimə müraciət ediblər. Təbii ki, narahatlıqdan dolayı da təcili tibbi yardıma müraciət edənlər çox olub.
Maraqlıdır ki, məşhurlarımız arasında virusla bağlı özündə narahatlıq hiss edən, həkimə müraciət edən olubmu?
Cebhe.info bununla bağlı bəzi məşhurlar arasında sorğu keçirib. Müğənni Afət Fərmanqızı bildirib ki, virusdan qorxmur və olduğuna inanmır:
"Mən koronavirus zad tanımıram. Koronavirus varmı? Hamısı boş söhbətlərdir. Kef edin".
Aşıq Ədalət sağlamlığının yerində olduğunu söyləyib:
"Xeyr, hər şey yaxşıdır. Heç kimə müraciət etməmişik. Şükür Allaha, sağlamlığımız yerindədir".
Şairə, bəstəkar Xanım İsmayılqızı da hər şeyin qaydasında olduğunu və bununla bağlı hıkimə müraciət etmədiyini deyib:
"Xeyr, hər şey qaydasındadır. Bununla bağlı narahatlığım olmayıb, heç yerə də getməmişəm".
Əməkdar artist Gülüstan Əliyeva isə infeksiyadan ancaq səbrlə çıxa biləcəyimizi qeyd edib:
"Xeyr, müraciət etməmişəm. Hamımız ağıllı-başlı, normal həyat tərzi keçirən insanlarıq. Bu vəziyyətdən ancaq səbrlə, düşünərək çıxmalıyıq”.
Müğənni Əli Mirəliyev immunitetinin güclü olduğunu vurğulayıb:
"Xeyr, məndə hər şey qaydasındadır. Virus nəkarədir mənə qalib gəlsin? Mən virusun atasıyam. Mən güclü adamam".