Məşhur model kariyerasından imtina etdi, xəstə baxıcısı oldu

Məşhur model kariyerasından imtina etdi, xəstə baxıcısı oldu
Şou
Oxunma sayı: 361
Məşhur model Harriet Rouz bir müddət kariyerasına ara verib, koronavirus xəstələrinə baxıcılıq edəcək.

İngiltərəli model Harriet Rouz koronavirus bitənə qədər model kimi fəaliyyət göstərməyəcək. O sosial media hesabında qocalar evində işlədiyini elan edərək, məqsədinin köməksiz qocalara yardım etmək olduğunu deyib. Rouz yaşlı xəstələrə baxmağın çətin olduğunu, gün ərzində çox az yatdığını da qeyd edib. Lakin model qürurla bildirib ki, onun çalışdığı qocalar evində hələlik koronavirusdan ölən olmayıb.